Növ: Citrus medica print

Vətəni Şimali Hindistandır. Tropik və subtropik iqlimli ölkələrdə yetişdirilir.

Azərbaycanda - Lənkəran-Astarada becərilir. İstixana şəraitində çiçəkləyib meyvə verir. Meyvəsi ellipsvari, sarı, qabığı şişkin, kələ-kötürdür, limon iyi verir. Meyvənin qabığı soyulmur, ləti turş, az şirəlidir. Sitrus bitkiləri içərisində ən iri meyvəyə malikdir.