Cins: Brunnera - Brunnera print

 Kiçik Asiya, Qərbi, Şərqi Sibir və Qafqazda yayılan 3 növü var. B. macrophylla cinsin digər növlərindən vəzli tükcüklərin olmaması ilə fərqlənir. Gövdəsinin hündürlüyü 30-60 sm olub, budaqlanandır. Kökətrafı yarpaqları iri, böyrəkvari, uzun saplaqlı, gövdə yarpaqları isə oval, oturaq, qaidəsinə doğru daralandır. Çiçəkləri xırda, çoxsaylı, mavi rənglidir. Fındıqçası ovalşəkillidir.