Cins: Nonea - Noneya print

Aralıq dənizi ətrafı ölkələrdə (Şimali Afrika, Qərbi Asiya) və Avropada yayılan 30 növü var. Azərbaycanda – əksər rayonlarda arandan alp qurşağadək meşə və kolluqlarda, qaya çatlarında, daşlı-çınqıllı yerlərdə, qumlu, şorakət torpaqlarda, çəmənliklərdə yayılan 15 növü məlumdur. Bir, iki və çoxillik otlardır. Sərt vəzli tükcüklərlə örtülü, bütöv yarpaqlı bitkilərdir. Çiçəkləri sadə olub, qıvrım çiçək qrupunda toplanmışdır. Kasacıq boruvari-zəngşəkilli, tacı qıfvari, tünd qırmızı, çəhrayı və ya sarı rənglidir. Fındıqçası böyrəkvaridir. Növlərini bir-birindən meyvəsi və tacının əlamətləri ilə fərqlənir.