Cins: Torilis - Toliris print

Avroasiya, Şimali Afrika və Qafqazda yayılan 15 növündən Azərbaycanda 7 növü var. S.İbadullayeva (2004) daha 1 növü (T.ucranica) Böyük və Kiçik Qafqaz və Talış üçün qeyd edir. Onlar əksər rayonlarda, arandan orta dağ qurşağınadək, meşə və kolluqlarda, əkin yerlərində, bağ və bostanlarda, gilli-daşlı yerlərdə yayılırlar. Birillik bitkilərdir. Yarpaqları 2-3 qat lələkvari, sərt tükcüklərlə örtülüdür. Ləçəkləri ağ və ya qırmızımtıl, meyvələri oval və ya uzunsovdur. Meyvəcikləri qıl və kələ-kötür tikancıqlı, yağ kanalları tək-təkdir. Növləri bir-birindən sarğı yarpaqları, çətirin şüalarının və meyvəciklərin əlamətləri ilə seçilir.