Cins: Torilis - Toliris print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Umbelliferae
- Cins: Torilis
Avroasiya, Şimali Afrika və Qafqazda yayılan 15 növündən Azərbaycanda 7 növü var. S.İbadullayeva (2004) daha 1 növü (T.ucranica) Böyük və Kiçik Qafqaz və Talış üçün qeyd edir. Onlar əksər rayonlarda, arandan orta dağ qurşağınadək, meşə və kolluqlarda, əkin yerlərində, bağ və bostanlarda, gilli-daşlı yerlərdə yayılırlar. Birillik bitkilərdir. Yarpaqları 2-3 qat lələkvari, sərt tükcüklərlə örtülüdür. Ləçəkləri ağ və ya qırmızımtıl, meyvələri oval və ya uzunsovdur. Meyvəcikləri qıl və kələ-kötür tikancıqlı, yağ kanalları tək-təkdir. Növləri bir-birindən sarğı yarpaqları, çətirin şüalarının və meyvəciklərin əlamətləri ilə seçilir.
- Növ: Torilis arvensis
- Növ: Torilis hetelrophylla
- Növ: Torilis japonica
- Növ: Torilis leptophyla
- Növ: Torilis nodosa
- Növ: Torilis stocksiana
- Növ: Torilis tenella