Cins: Bunium - Bunçətiri print

Aralıq dənizi, Krım, Orta Asiya və Qafqazda yayılan 35 növündən Azərbaycanda 5 növü var. Onlara əksər rayonlarda, yuxarı dağ qurşağınadək, quraq daşlı, çınqıllı yamaclarda, kolluqlarda, bağ və əkinlərdə rast gəlinir. Onlardan kələkötür bunçətiri (Diabar), silindrik bunçətiri (Naxçıvan) növləri kiçik areala malikdir. Çoxillik, şarşəkilli, kökyumrulu, yarpaqları xırda hissələrə bölünür. Çiçəkləri bir və ya ikicinsli, ağ və ya qırmızımtıldır. Meyvəsi yanlardan basıq, uzunsov-ovalşəkilli, yağ kanalları birər bitkilərdir. Bəzi növləri polimorfdur. Efir yağlı bitkilərdir.