Cins: Acinos - Qəlbotu print

Avropa, Aralıq dənizi və Cənubi-Qərbi Asiya və Qafqazda yayılan 5-7 növü var. Azərbaycanda əksər rayonlarda, aşağı dağ qurşağından subalp qurşağadək meşə və kolluqlarda, qaya üzərində və töküntüləri arasında, həmçinin bağ və əkinlərdə yayılan 2 növü məlumdur. Birillik, bəzən çoxillik otlardır. Yarpaqları oval formalı olub, qısa saplaqlıdır. Çiçəkləri yarpaqların qoltuğunda yerləşir. Kasacıq aşağısında şişkin, bizvari dişciklidir. Tacı purpur rəngli, meyvəsi fındıqcadır. Efir yağlı, vitaminli bitkidir.