Cins: Anemone - Əsmə print

Cənubi Amerika və Şimal yarımkürəsində 76 növü yayılmışdır. Azərbaycanda Böyük və Kiçik Qafqaz, Lənkəranregionlarında yayılan 5 növü vardır. Orta dağ qurşağından alp qurşağadək meşə və kolluqlarda, bəzən qayalıqlarda rast gəlinir. Kuznetsov əsməsi (A. kuznetzowii) Azərbaycandan təsvir olunub. Bu növ ləçəklərin qırmızı rəngdə olması ilə cinsin digər növlərindən fərqlənir. Çiçəkyanlığı və yarpaqların əlamətləri əsas nişanələr sayılır. Dekorativ bitkilərdir, bəziləri zəhərlidir.