Cins: Persica - Şaftalı + print

Meyvə və dekorativ bitki kimi dünyanın bir çox mülayim və mülayim-isti ölkələrində becərilir. Vətəni Çin hesab edilir. Azərbaycanda bütün rayonlarda, xüsusən düzən və dağətəyi sahələrdə fərdi bağlarda becərilir. O, tez məhsul verən, lakin az ömürlüdür. Azərbaycanda bir çox sortları becərilir. Hündürlüyü 5-6 m-ə çatan, ləçəkləri ağ və ya ağımtıl çəhrayıdır. Meyvəsinin çəyirdəyinin üzəri sırımlı (çala-çuxur) olur. Bağ və parklarda quraqlığa daha dözümlü, meyvələri az şirəli olan P.davidiana növündən istifadə olunur. Özbəkistanda cinsin P.ferganensis növü becərilir. Meyvələri dadlıdır, yeyilir, ondan cem, mürəbbə, kampot hazırlanır. Toxumundan yağ alınır, o həmçinin boyaq məqsədilə istifadə olunur vitaminli, bal verən bitkidir.