Cins: Prunus - Gavalı print

Mülayim iqlimli ölkələrdə yayılan 10 növündən Azərbaycanda yabanı halda 3 növ və 1 yarımnöv, kulturada isə 4 növü rast gəlir. Azərbaycanda yabanı halda gavalı növləri əksər rayonlarda (xüsusən alça və göyəm) arandan orta dağ qurşağınadək, meşə və kolluqlarda, çay vadilərində yayılıb. Kulturada olan növlərdən başqa gavalının onlarla sortları respublikada geniş becərilir. Azərbaycandabağlarda, yaşıllıqlarda, həyətyanı sahələrdə becərilən növlərdən İran alçası, adi gavalı, Pissard gavalısı, Naxçıvan alçası(Naxçıvan alçasında) qeyd oluna bilər. Cinsə aid növlərinin çiçək üzvləri 5-dir, erkəkcikləri çoxdur. Yumurtalığı biryuvalı, meyvəsi çəyirdəkli meyvədir. Ağac və kollardır. Qiymətli meyvə bitkiləridir. Tərkibində çoxlu vitamin, şəkər və b.bioloji fəal maddələr var. Meyvələri təzə və qurudulmuş halda, şorabada, kampot, mürəbbə, likyor, şirə hazırlanmasında istifadə olunur .