Cins: Arenaria - Qumluca print

Hər iki yarımkürənin mülayim və soyuq iqlimli ölkələrində ən müxtəlif ekoloji şəraitdə 80-dən çox növünə rast gəlinir. Azərbaycanda 10 növü qeydə alınıb. Əksər rayonlarda arandan subalp qurşağadək ən çox qumsal yerlərdə, çay kənarlarında, rütubətli çəmənliklərdə, bəzən alaq bitkiləri arasında yayılmışlar. Növləri arasında birillik və çoxillik həyat formaları vardır. Cinsin növlərinin təyin olunmasında çiçək yatağının, kasayarpağının, çiçək qrupunun əlamətlərindən istifadə olunur. Bəzi növləri dekorativ əhəmiyyətlidir və çiçəkçilikdə istifadə oluna bilər.