Cins: Lepyrodiclis - Şumotu print

Aralıq dənizindən Himalay dağlarınadək ərazilərdə 2 növü yayılmışdır. Onlara Azərbaycanda – Naxçıvan və Talış regionlarında, arandan orta dağ qurşağınadək çay sahillərində, alaq kimi əkinlərdə rast gəlinir. Fəsilənin digər cinslərindən kasayarpağı və ləçəklərin sayı, yarpağın və meyvəsinin əlamətləri ilə seçilir.