Cins: Holosteum - Sümürgə print

Avropa və Asiyanın mülayim iqlimli ölkələrində 6 növü yayılmışdır. Azərbaycanda əksər rayonlarda arandan orta dağ qurşağınadək quraq daşlı yamaclarda, kolluqlarda və alaq bitkiləri arasında yayılan 3 növü vardır. Birillik, alçaq boylu bitkilərdir. Cinsin növləri bir-birindən, əsasən, gövdənin tükcüklərlə örtülü və ya çılpaq olması ilə fərqlənir.