Cins: Silene - Silen və ya quzuqulağı print

Şimal qurşaqda, Meksikada, Tropik Amerikada və Qafqazda yayılan 400-dən çox növü vardır. Azərbaycanda əksər rayonlarda və müxtəlif ekoloji-coğrafi ərazilərdə 47 növü yayılmışdır. Cinsin Talışdan, Böyük Qafqazdan, Naxçıvandan təsvir olunmuş endem və subendem növləri var. Cinsin növləri arandan alp qurşağınadək yayılıb. Bir, iki və ya çoxillik bitkilərdir. Növündən asılı olaraq çiçəkləri ikicinsli və ya bircinslidir, kasa yarpaqları bitişikdir, ləçəkləri 5, erkəkcikləri 10-dur. Yumurtalığı 3 yuvalı olub, sütuncuğu 3-dür. Meyvəsi dişciklərlə açılan qutucuqdur. Bəzi növləri dekorativ bitkilərdir və yaşıllaşdırmada istifadə olunur.