Cins: Erysimum - İsitməotu print

Avropa, Aralıq dənizi, mülayim Asiya ölkələri və Qafqazda yayılan 125-dən çox növdən Azərbaycanda 2 növ məlumdur. Onların bir neçəsi Azərbaycandan təsvir olunub və endem növlərdir. Cinsin növlərinə respublikanın əksər rayonlarında arandan alp qurşağınadək, xüsusən yuxarı və subalp qurşaqlarda, ən müxtəlif ekoloji-coğrafi şəraitlərdə, daşlı-qayalı yerlərdə, çəmən bitkiləri arasında, kolluqlarda, yol kənarlarında rast gəlinir. Ləçəkləri sarı, bəzən ağımtıl və çernil rəngli, meyvəsi buynuzcuq tipli olan ot bitkiləridir. Növləri təyin edərkən meyvə və çiçəyinin əlamətləri əsas götürülür. Bəzi növləri bal arısının qidasını təşkil edir, bəziləri dekorativ bitkilərdir.