Cins: Sisymbrium - Şüvərən print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Cruciferae
- Cins: Sisymbrium
Dünyanın mülayim qurşağında yerləşən ölkələrində və Qafqazda yayılan 80 növündən Azərbaycanda 7 növü yayılmışdır. Onlara respublikanın əksər rayonlarında müxtəlif ekoloji şəraitdə, bəzilərinə alaq bitkisi kimi hər yerdə rast gəlinir (bu cəhətdən lezel şüvərəni, iri şüvərən növləri daha səciyyəvidir). Ləçəkləri əsasən sarımtıl, ağ rəngli, meyvəsi uzunsovdur. Bir və çoxillik ot bitkiləridir. Cinsin növləri bir-birindən çiçək və meyvəsinin əlamətləri ilə fərqləndirilir. Cavan yarpaqları yeyilir. Dərman, boya əhəmiyyətli və texniki bitkilərdir.
- Növ: Sisymbrium altisssimum
- Növ: Sisymbrium erucastrifolum
- Növ: Sisymbrium irio
- Növ: Sisymbrium loeselii
- Növ: Sisymbrium officinale
- Növ: Sisymbrium orientale
- Növ: Sisymbrium septulatum