Cins: Carduus - Şeytanqanqalı print

Avrasiya və Afrikada, adventiv halda Amerika və Avstraliyada geniş yayılan 100-120 növü var. Azərbaycanda əksər rayonlarda, arandan subalp (2000 m) qurşağadək quraq gilli, daşlı, çınqıllı yamaclarda, qaya töküntüləri arasında, kolluqlarda, çəmənliklərdə, yol kənarı və əkinlərdə 19 növü yayılmışdır. Bir, iki, bəzən çoxillik otlardır. Yarpaqları uzunsov lansetşəkilli olub, tikanlıdır. Səbətdə çiçəklər boruşəkilli, ikicinsli, çəhrayı, tünd qırmızı, bəzən ağ rəngli, sarı kirəmidvari, toxumcası oval, kəkili çoxsıralı kələ-kötür tükcüklü, qaidəsində dəstə əmələ gətirəndir. Əsasən, alaq bitkiləridir. Bəzi növlərinin toxumcası yağlıdır.