Cins: Robinia - Ağ akasiya + print

Şimali Amerikada və Meksikada yayılan 20 növündən Azərbaycanda kulturada 4 növünə rast gəlinir. Onlardan daha geniş istifadə olunan yalançı ağ akasiya və qismən sərttüklü ağ akasiyadır. Birinciyə aran zonalarından dəniz səviyyəsindən 1500 m-dək hündürlükdə olan ərazilərdə tez böyüyən ağac kimi meşə əkinlərində, tarlalarda rast gəlinir, bəzən yabanılaşan halda təsadüf edilir. Cinsin növləri hündür, budaqlanan, üzəri tikanlarla örtülü ağac və ya koldurlar. Çiçəkləri ağ, çəhrayı və ya qırmızmtıl rəngdə, paxlası uzunsov-xətvari, yastı, açılandır. Yaşıllaşdırmada bir çox formalarından (sıx sallaq çətirli, piramidal və s.) istifadə olunur. Oduncağı qiymətli və bal verən bitkilərdir.