Cins: Argyrolobium - Argirolobium print

Tropik və Cənubi Afrika, Aralıq dənizi hövzəsi ölkələri və Cənubi-Qərbi Asiyada yayılan 70 növündən Azərbaycanda 2 növə rast gəlinir. Cinsin növləri Böyük və Kiçik Qafqaz, Naxçıvan və Talış regionlarında orta dağ qurşağınadək quraq daşlı yerlərdə, meşə və kolluqlarda yayılıb. Birillik və yarımkolşəkilli bitkilərdir. Yarpaqları üçərdir, çiçəkləri açıq sarı və solğun-çəhrayı, başcıq-süpürgə tipli çiçək qrupuna yığılır. Paxlası uzunsov, bir qədər əyilmiş, tükcüklüdür.