Cins: Amoria - Amoria print

Azərbaycanda əksər rayonlarda yayılan 11 növü məlumdur. Onlara arandan alp qurşağadək (ən çox subalp və alp qurşaqda) çəmən bitkiliyində, hündür otluq və meşələrdə, çay sahillərində, bəzən dəniz sahili qumluqlarda rast gəlinir. Bütün çiçəkləri 0,5-3 mm uzunluğunda saplaqlıdır, çiçəkaltlığı yaxşı inkişafedib. Kasacıq 5 ədəd lansetşəkilli dişiciklərə malikdir (onlardan 2 yuxarıdakılar daha uzundur). Tac ağ və qırmızımtıldır. Qiymətli yem bitkiləridir. Balverən növləri də var.