Cins: Arachis - Yerfındığı + print

Cənubi Amerikanın tropik və subtropik vilayətlərində 20 növü yayılıb. Bir növü (A. hypogaea) dünyanın əksər ölkələrində qiymətli ərzaq bitkisi kimi becərilir. Azərbaycanda da bir çox rayonlarda (Zaqatala və b.) becərilir və ondan alınan yüksək keyfiyyətli yağdan (araxis yağı), konserv, marqarin, sabunbişirmə və b.sənaye sahələrində istifadə edilir. Toxumu qovrulmuş halda yeyilir, qənnadı sənayesində tətbiq edilir. Yarpaqları (2 cüt), lələkvari, çiçəkləri sarı, tək-tək, meyvəsi uzunsov-oval, çox vaxt ortasında dartılmış, ipək qurdunun baramasını xatırladan birillik ot bitkisidir.