Cins: Wisteria - Filbahar + print

Cənubi-Şərqi Asiya və Şimali Amerikada yayılan 10 növündən Azərbaycanda bəzək məqsədilə Abşeronda, Gəncədə, Lənkəranda, Zaqatalada, Qubada, Şəkidə və başqa rayonlarda 1 növü becərilir. Boyu 20 m-ə çatan kolşəkilli liana bitkisidir. Dünyanın əksər subtropik ölkələrində dekorativ bitki kimi becərilir. Çiçəkləri bənövşəyi rəngdə, ətirli, salxım çiçək qrupuna yığılır. Binaların divarlarını, çardaq və eyvanları yaşıllaşdırmaq üçün çox yararlıdır. Çin filbaharı növündən başqa bəzək bağçılıqda kolvari filbahar və çoxçiçəkli filbahar növləri də istifadə olunur. Bal arısının qidası kimi də qiymətlidir.