Cins: Cajanus - Göy noxud + print

Yalnız kulturada məlum olan 1 növü var. Hər iki yarımkürənin tropik və subtropik ölkələrində qida bitkisi kimi becərilir. Azərbaycanda da bəzi rayonlarda əkilir və sınaqdan keçirilir. Adi noxuddan tərkibində zülalların bir qədər az olması ilə fərqlənir. Əvəzində duzlar və karbohidratlar adi noxuddakından çoxdur. Toxumu ev quşlarının yemi üçün faydalıdır. Digər cinslərindən çiçəyin iri və sarı rəngi, yarpaq hissələrinin dərivari, uzunsov-lanset, seyrək vəzciklərlə örtülü olması, paxlasının nazik silindrşəkilli, çəp arakəsməyə malik olması ilə fərqlənir.