Cins: Galega - Çəpişotu print

Avropa, Cənubi-Qərbi Asiya və tropik Afrikada yayılan 8 növündən Azərbaycanda 2 növü var. Onlara respublikanın Böyük və Kiçik Qafqaz regionlarında, aşağı və orta dağ qurşağında, əsasən meşəli ərazilərdə, çay kənarı, rütubətli çəmənliklərdə, meşənin tala yerlərində rast gəlinir. Dərman çəpişotu növü daha geniş yayılıb. Növləri bir-birindən çiçəyin rəngi və paxlameyvənin duruşu ilə fərqlənir. Dərman çəpişotunda çiçək əlvan mavi, paxla yuxarı dartılmış vəziyyətdədir, digərində çiçək açıq çernil rəngdə, paxla aşağıya doğru sallanmış vəziyyətdədir. Dərman, yem bitkiləridir. Dərman çəpişotu növündə qalegin alkaloidi, qaleteolin qlükozidi var. Şəkərli diabetə qarşı qiymətli vasitədir. Sidikqovucu, qurdqovucu, tərqovucu xassələrə də malikdir. Zəhərlidir.