Cins: Amorpha - Amorfa + print

Şimali Amerikanın mülayim iqlimli ölkələrində 15 növü yayılıb. Azərbaycanda iki növü introduksiya edilib, onlardan biri (kolvari amorfa) bəzi yerlərdə yabanılaşıb. Azərbaycanda bağ və parklarda geniş istifadə olunur. Yabanılaşmış halda Kür ətrafı tuqay meşələrinin tərkibində və istifadəsiz əkin sahələrində rast gəlir. Yarpaqları tək lələkvari, çiçəkləri qırmızımtıl-bənövşəyi, paxlası 1-2 toxumlu, açılmayan, 2 m hündürlüyündə koldur. Dekorativ boya (göy rəng) efiryağlı bitkidir.