Cins: Acacia - Akasiya + print

Tropik və subtropik ölkələrdə 500-dən çox növü məlumdur. Avstarliyada 300, Amerikada 70 və Afrikada 70 növü qeyd edilir. Azərbaycanda Lənkəran bölgəsi, Abşeronda və digər dağətəyi rayonlarda 3 növü becərilir.

 Akasiya növlərində yarpağın ayası kiçilmiş, saplağı isə enliləşərək yarpağa bənzərfilloid şəklini almışdır.Bəzi növlərində yarpaq altlıqları tikana çevrilmişdir. Avstraliyada akasiya növlərindən gümüşü akasiya (Acacia dealbata) ağacı Azərbaycanda bəzək bitkisi kimi daha geniş becərilir. Gümüşü akasiya həmişəyaşıl ağacdır, ilk yazda çiçəkləyir. Çiçəkləri xırdadır, başcıqçiçək qrupuna yığılmışdır və ilk yazda çiçək açır. Dekorativ, efir yağlı, tərkibində aşılayıcı maddə olan bitkilərdir.