Cins: Pisum - Göy noxud print

Qədim Aralıq dənizi ölkələrində yayılan 10 növü var. Onlardan Azərbaycanda 1 növü yabanı halda və 1 növ kulturada rast gəlinir. Yabanı növ Azərbaycanda Qafqaz, Qobustan, Talış, Kür-Araz ovalığı, Kür düzü və Naxçıvan bölgələrində aran və aşağı (bəzən orta) dağ qurşağında, seyrək meşəli və kolluq ərazilərində cil və böyürtkən cəngəlliklərində rast gəlir. Əkin göynoxudu respublikanın bir çox rayonlarında becərilir. Birillik çılpaq göyümtrək bitkilərdir. Gövdəsi 20-40 sm hündürlüyündə, çiçəkləri çiçək zoğunda 1-2 ədəd olmaqla yerləşəndir. Növləri kəpənəkşəkilli çiçəyin qayıq hissəsinin yuxarı hissəsində oyuğun olub-olmaması, paxla və toxumunun əlamətləri ilə seçilir. Qiymətli qida bitkisidir.