Cins: Mimosa - Küstümotu + print

Əsasən, Amerikanın tropik və subtropik ölkələrində yayılan 300-ə qədər növündən Azərbaycanda oranjereya və otaqlarda bəzək bitkisi kimi 1 növü becərilir. Küstümotunun lələkvari mürəkkəb yarpaqlarına toxunduqda və ya güclü işıq düşdükdə yarpaqcıqları bükülür və yarpaqları sallaq vəziyyət alır. Bu nastiya adlanır və bitkinin yarpağında baş verən fizioloji hadisədir. Küstümotunun erkəkcikləri əksərən 4-5 və ya 10, bəzən isə 18 olur. Erkən yazda çiçəkləyir, olduqca dekorativ bitkidir.