Cins: Lens - Mərci print

Aralıq dənizi və Cənubi-Qərbi Asiyada yayılan 9 növündən Azərbaycanda 3 növə rast gəlinir. Yabanı növlər respublikanın Qafqaz, Naxçıvan və Talış bölgələrində aşağı və orta dağ qurşaqlarında, meşə və kolluqlarda, daşlı yamaclarda, qaya üzərində yayılıb. Adi mərcinin vətəni Ön Asiyadır, Azərbaycanda dənli paxlalı bitki kimi becərilir, bəzən alaq bitkisi kimi yabanılaşır. Birillik, budaqlanan bitkidir. Yarpaqları bığcıqlı, 2-8 cüt yarpaqcıqlı, çiçəkləri xırda, ağ və ya göyümtül, dişiciyinin sütuncuğu əyilmişdir, paxlası rombşəkillidir. Növləri çiçək saplağının əlamətləri ilə fərqləndirilir. Yem və qida bitkisidir.