Cins: Hedysarum - Qəpiklicə print

Şimal yarımkürəsinin tropikdən kənar vilayətlərində, xüsusən Ön və Orta Asiya ölkələrində yayılan 200-dən çox növü var. Azərbaycanda əksər rayonlarda, arandan yüksək dağ çəmənlərinədək, gilli, əhəngli daşlardan ibarət yamaclarda, çay vadilərində, bəzən kolluqlarda yayılan 8 növü məlumdur. Onların çoxu (xüsusən, Naxçıvan və Kiçik Qafqaz üçün göstərilən növlər) az sahələrdə yayılıb yaxud nadir bitkilərdir. Fəsilə daxilində bu cins meyvəsinin dartılma sahələrinin hisslərə ayrılması (qırılması) və paxlanın çox vaxt sərt tükcüklərlə örtülü olması ilə fərqlənir. Növləri isə tacın rəngi, yarpaq və çiçək hissələrinin əlamətləri ilə seçilir. Dekorativ və yem bitkiləri kimi faydalıdır.