Cins: Trigonella - Şəmbələ və ya güldəfnə print

Şimal yarımkürəsinin (Amerika müstəsna olmaqla) mülayim-isti qurşağında, əsasən, Aralıq dənizi ölkələrində yayılan 130 növü var. Azərbaycanda bu cinsin 20 növünün yayılması göstərilir, onlardan biri kulturadadır. Şəmbələ növləri Azərbaycanda geniş yayılıb. Onlar arandan orta dağ qurşağınadək, quraq daşlı-çınqıllı yerlərdə, kolluqlarda, əkinlərdə, çay sahillərində, xam torpaqlarda geniş yayılıb. Bir və ikiillik, bəzən çoxillik otlardır. Cins daxilində ona yaxın olan qara yoncadan paxlasının uc hissədən, əsasən buruncuqşəkilli olması ilə fərqlənir. Kasacığı zəngşəkilli və ya boruşəkilli tacı sarı, mavi yaxud bənövşəyi rənglidir. Cins daxilində çiçəyin rəngi, paxlanın forma və ölçüləri ilə fərqləndirilir. Şəmbələ növlərindən bəziləri yem bitkilərdir. Onlar arasında dərman, efir-yağlı, aşı maddəli, vitaminli və balverən növlər də vardır.