Cins: Ulex - Kolvarı naz və ya uleks print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Leguminosae
- Cins: Ulex
Cənubi Avropada, xüsusən Pireney adalarında, Şimali Afrikada yayılan 20 növü var. Azərbaycanda 1 növünün kulturada rast gəlinməsi qeyd olunur (Hacıyev, Musayev, 1996). Çox budaqlı, tikanlı, 2 m-dək hündürlükdə koldur. Çiçəkləri sarı, çiçəyin saplağı sıx tükcüklərlə örtülüdür.
- Növ: Ulex europaeus