Fəsilə: Convolvulaceae - Sarmaşıqkimilər print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Convolvulaceae
Dünyanın əksər ölkələrində, xüsusən Asiya və Amerika tropiklərində, az sayda Afrikada yayılan 50 cins üzrə 1500 növü var. Azərbaycanda 4 cinsin növünə rast gəlinir. Onlardan 1-i kulturadadır. Fəsilənin nümayəndələri əksərən ot və ya kolcuqşəkilli bitkilərdir. Yarpaqları sadədir. Yarpaq altlıqları olmur. Bir çox növü sarınmaqla dırmanan gövdəli bitkilərdir. Çiçəkləri müntəzəmdir, ikicinslidir. Kasa yarpaqları 5 ədəd olub, sərbəst və ya qaidə hissəsində bitişikdir, meyvənin yanında qalır. Tacı 5 ləçəyin bitişməsindən əmələ gəlir, əksərən iridir, əlvandır, qıfabənzər, boru və ya zəngvaridir, yuxarısında 5 bölümlüdür. Erkəkcikləri 5 ədəd olmaqla, tacın borusunun qaidə hissəsinə bitişir. Dişicik 2, bəzi növlərdə 3-5 meyvə yarpağından təşkil olunmuşdur. Yumurtalıq üst, əksərən 2 yuvalıdır. Bəzi növlərdə yalançı arakəsmə əmələ gəldiyindən yumurtalıq 4 yuvalı olur. Meyvələri qutucuq və ya fındıqca meyvədir.
- Cins: Calystegia - Çəpərsarmaşığı
- Cins: Ipomoea - İpomey +
- Cins: Cressa - Kressa
- Cins: Convolvulus - Sarmaşıq
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1. Aydın Əsgərov. Azərbaycanın bitki aləmi. Bakı: TEAS Press, 2016. - 444 s.